Xəbərlər

“Qida Təhlükəsizliyi Ayı” çərçivəsində təşkil olunan tədbirdə qida təhlükəsizliyi sahəsində nümunəvi fəaliyyəti ilə fərqlənən şirkətlər təltif olundu

12.07.25
Veysəloğlu Şirkətlər Qrupu tərəfindən elan olunmuş “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində həyata keçirilən silsilə tədbirlərə 10 iyul tarixində təşkil olunmuş təntənəli bağlanış ilə yekun vurulub.
Tədbirdə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq standartları uğurla tətbiq edən tərəfdaş müəssisələrin rəhbərləri, Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin professor-müəllim heyəti, “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində yaxından əməkdaşlıq edilən assosiasiyaların rəhbərləri, şirkət əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Bildirilib ki, bir ay ərzində keçirilmiş genişmiqyaslı tədbirlər vasitəsilə qida təhlükəsizliyi mədəniyyətinin daha da gücləndirilməsi və bu sahədə cəmiyyətə açıq mesaj verilməsi əsas məqsəd kimi müəyyənləşdirilib.
Qida Təhlükəsizliyi Ayının yekunlarına həsr olunmuş tədbirdə yayımlanan videoçarx vasitəsilə görülən işlər ictimaiyyətə təqdim olunub. Videoçarxda həm əməkdaşların iştirakı, həm tərəfdaş şirkətlərin dəstəyi, həm də qida təhlükəsizliyinə verilən strateji önəm əksini tapıb.
Tədbirin yekununda qida təhlükəsizliyi sahəsində nümunəvi fəaliyyəti ilə fərqlənən tərəfdaş şirkətlərdən biri olan “ATS Food” MMC-nin rəhbəri Tural Hacıyev təltif olunub.

Oxşar yazılar

06.05.26
“ATS Food” MMC “InterFood Azerbaijan 2026” Sərgisində
Daha çox
31.03.26
“ATS Food”dan Yeni Marka: “Mr. Pekar”
Daha çox
20.03.26
“Çörəkçi” və “Bismak” ilə Sumqayıtda Novruz Sevinci
Daha çox