Xəbərlər

 “Çörəkçi ” şəhid övladları üçün təşkil olunan “yay düşərgəsinə” dəstək oldu

06.08.24

Ölkənin aparıcı müəssisələrindən biri olan “ATS Food” MMC Koporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addımlar atmağa davam edir. Ötən gün 30 şəhid ailələrinin övladı üçün xüsusi infotur təşkil edib.

“ATS Food" MMC-nin "Çörəkçi" istehsalat müəssisəsinə səfər edən iştirakçılar müxtəlif çörək və şirniyyatların hazırlanma prosesi ilə daha yaxından tanış olublar.

 

Tədbirin sonunda “ATS Food” MMC Direktoru Tural Hacıyev  kiçik iştirakçıların suallarını cavablandıraraq, müəssisə adından hədiyyələr təqdim edib.

Qeyd edək ki, layihənin məqsədi qəhrəman Vətən övladlarının yadigarlarına və qazi övladlarına diqqət və qayğının artırılması, sevdikləri məhsulların hazırlanma prosesi ilə yaxından tanış etmək idi.

 

 

Oxşar yazılar

30.12.25
“Bir arzu – bir gülüş. Çörəkçi ilə Yeni il sevinci!
Daha çox
29.12.25
Cırtdan Şousunun Premyerasında “Bismak” -dan Sevgi Dolu Hədiyyə
Daha çox
03.04.25
"Bismak" balacaları unutmadı
Daha çox